Şirkət haqqında

“NB Qrup” ASC Azərbaycan Kimya Sənayesi sahəsində uğurla fəaliyyət göstərən və dinamik surətdə inkişaf edən şirkətdir. Kimya sənayesi sahəsində fəaliyyət göstərən şirkət olaraq, inşaat malları kateqoriyasından boya məhsulları, sement və gips əsaslı inşaat qarışıqlarının, alkid, polimer kimi sənaye əhəmiyyətli yarım məhsulların, kimyəvi məişət məhsulları seriyasından isə qatı və maye sabun, təmizləyici vasitələr, plastik və metal qabların istehsalını həyata keçirir

Geniş fəaliyyət sahəmiz

NƏYƏ GÖRƏ SU ƏSASLI?

Su əsaslı boyalar orta qatılığa (viskozitəyə) malik olan emulsiyadır və su ilə durulaşdırılır. Bu boyaların üstünlükləri, tərkibində üzvü həlledicilərin olmamasıdır, ekoloji təmizdir, insan orqanizminə və ətraf mühitə zərərli təsiri olmamasıdır. Su əsaslı boyaların daha bir üstünlükləri ondadır ki, buxar keçirməyən təbəqəyə sahibdirlər və bu səbəbdən də boyanmış səth rahatlıqla nəfəs alır

Lak istehsalatı

“Corella parket lakı qorunması tələb olunan hər cür taxta məmulatların və müxtəlif çeşidli parketlərin üzərinə dekorativ və qoruyucu örtük olaraq istifadə edilə bilər. Daxili məkan üçün nəzərdə tutulub.

Dolğu istehsalatı

Müasir Dünyanın ən son texnoloji yeniliklərini tətbiq etməklə, NB Qrup fəaliyyət göstərdiyi bütün sahələrdə “Keyfiyyətli Azərbaycan brendi” - nin qoruyucusu və bu təminatı davamlı möhkəmləndirən şirkət kimi çalışır.

Məhsullarımız

Bu bölmədə siz boya haqqında faydalı və lazımi məlumatları, düzgün istifadə qaydaları barədə məlumatları əldə edə bilərsiniz. Emulsiyalardan, sintetik boyalardan, laklardan, dolğulardan necə düzgün istifadə etmək, onları su ilə və ya tinerlə hansı nisbətdə qarışdırmaq, hansı növ səth üçün hansı boyanı tətbiq etməli olduğunuzu biləcəksiniz.

Rəng paletləri



Bizimlə əlaqə

Şirkətimizin satış şöbəsi, məhsulları və təklifləri ilə ətraflı məlumat əldə etmək üçün şöbələr səhifəsinə keçid edin.