SƏDƏF

Məhsul haqqında ümumi anlayış:

Akrilik kopolimer əsaslı, divar səthin nəfəs almağını təmin  edə bilən, parlaq görünüşlü, asan istifadə edilən, sədəf pigmentlər ilə rəngləndirilmiş, yüksək örtücülüyə malik keyfiyyətli dekorativ parlaq son qat daxili məkan boyasıdır.

Xüsusiyyətləri: Sədəf boya hər növ səthə yapışmaq qabiliyyəti olan, boyana bilən dekorativ görüntü əmələ gətirən, çatlamayan və ovulmayan, elastik, su ilə silinməyə və yuyulmağa davamlı yüksək keyfiyyətli daxili məkan boyasıdır. Sədəf boya xüsusi tərkibinə görə, vurulan səthin rənginə, üzərinə düşən işıq şüalarının istiqamətinə və tətbiq edilən boyanın qat sayına görə rəngini dəyişmə xüsusiyyətinə malikdir. Zərbə və cızılmalara davamlıdır. Asanlıqla tətbiq oluna bilər. Ekoloji təmizdir, qoxusu yoxdur. Qeyd: Sədəf boya tərkibində xüsusi sədəf pigmentlər olduğuna görə, istifadədən qabaq çox yaxşı qarışdırılmalıdır.

Sərfiyyat: Səthin düzgünlüyündən və tətbiq etmə qalınlığından, istifadə edilən dekorativ alətin növündən asılı olaraq 1 kq Sədəf boya ilə 4-6 m² sahə boyanır.

Saxlanma müddəti: İstifadə müddəti 2 ildir. Məhsulun saxlanma temperaturu +10°C ilə +30°C arasıdır.