YARIMAT İNTERYER
Məhsul haqqında ümumi anlayış:
Stiren-akrilik kopolimer emulsiya əsaslı daxili məkanlarda istifadə edilən, səthə dekorativ yarımat görünüş verən son qat boyadır. Boya yüksək su buxarı keçiriciliyinə və aşağı su absorbsiyasına sahibdir. Yüksək keyfiyyətli, tez quruyan, səthə mükəmməl yapışması, sərfiyyatda yüksək qənaətliyi ilə fərqlənən boyadır. Boyanmış səth çatlamaz, qabarmaz, rəngi uzun müddət solmaz, ovalanıb tökülməz. Boya səthin nəfəs almasını və nəmin səthin xaricinə çıxmasını təmin edir. Ekoloji cəhətdən ziyansız, qoxusuz, su keçirməz, kif tutmaz, yaş silinməyə və nəmin ziyanlı təsirinə, ultrabənövşəyi şüalara dayanıqlıdır.
Tətbiqi: İki qat tətbiq edilməsi tövsiyyə edilir. Hər iki qat üçün 10-15% su ilə durulaşdırılaraq fırça, diyircəkli fırça və ya havasız püskürtmə vasitələri ilə tətbiq edilə bilər.
Tətbiq sahəsi: Binaların daxili hissələrində astarlanmış səthin üzərindən tətbiq edilir.
Sərfiyyat: Tək qat üçün səthdən asılı olaraq 70-90qr/m² sahə boyanır.
Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər.