SUTUT

Məhsul haqqında ümumi anlayış:

Stiren-akrilik kopolimer əsaslı, tək komponentli daxili və xarici məkanlarda asanlıqla tətbiq edilə bilən, su keçirməz, səthə dekorativ görünüş verən boyadır. İsti və soyuq hava şərtlərində elastikliyini qoruyur. Tətbiq edilən səthə mükəmməl yapışır, çatlamaz, tökülməz, yağışa, nəmə, ultrabənövşəyi şüalara və zəif kimyəvi maddələrə dayanıqlı boyadır.


Tətbiq sahəsi: Daxili və xarici məkanlarda, şaquli və üfüqi, əyri və düz səthlərdə, nəmdən qorunması tələb olunan balkonlarda, terraslarda, baca kənarlarında, hovuz və su depolarında, hər cür alçı, siva, beton, tuğla, briket, xüsusiyyətini itirmiş boyalı səthlərə və s. inşaat materialı üzərində güvənlə istifadə edilə bilər.

TətbiqiSəthə 1 qat vurulur. 2-3 qat vurulmasına ehtiyac olduqda 1-ci qat üçün Sutut 15-20 % su ilə incəldilərək səthə fırça və ya diyircəkli fırça ilə vurulur. 2-ci və 3-cü qatlar üçün incəldilmədən vurulur.

SərfiyyatTək qat üçün səthdən asılı olaraq 0,7-1,4 kq/m² sahə boyanır. 

Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər.