PLASTİK PLUS
Məhsul haqqında ümumi anlayış:
Stiren-akrilik kopolimer emulsiya əsaslı daxili məkan son qat divar boyasıdır. Yüksək keyfiyyəti, tez quruması, sərfiyyatda yüksək qənaətliyi ilə fərqlənən boyadır. Boyanmış səth çatlamaz, qabarmaz, rəngi uzun müddət solmaz, ovulub tökülməz. Boya səthin nəfəs almasını və nəmin xaricə çıxmasını təmin edir. Bu səbəblə səthin üzəri daima quru qalır. Ekoloji cəhətdən ziyansız, qoxusuz, su keçirməz, kif tutmaz, sürtünməyə, yuyulmağa və nəmin ziyanlı təsirinə dayanıqlıdır.
Tətbiq sahəsi: İri və kiçik qabaritli sənaye və məişət binalarında, təmir olunan istehsalat sahələrində yüksək örtücülüyə və yapışmaya sahib divar boyası kimi istifadə edilə bilər. Daxili məkanlarda hər cür alçı, suvaq, beton, gips və s. inşaat materiallarının üzərində rahatlıqla istifadə edilə bilər.
Tətbiqi: İki qat tətbiq edilməsi tövsiyyə edilir. Hər iki qat üçün 10-15 % su ilə durulaşdırılaraq fırça, diyircəkli fırça və ya havasız püskürtmə ilə tətbiq edilə bilər.
Sərfiyyat: Tək qat üçün səthdən asılı olaraq 90-125 qr/m² sahə boyanır.
Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər.