SİNTETİK ANTİPAS

Məhsul haqqında ümumi anlayış:

Alkid əsaslı, xlorkauçuk və antikorroziv qatqılar əlavə edilmiş yüksək göstəricilərə və tez quruma gücünə malik olan sənaye və məişət boyasıdır. Təklif olunan boya, alkidin miqdarı yüksək olduğundan astar və ara qat boya kimi də istifadə oluna bilər. Səthə mükəmməl yapışır, elastikdir, kimyəvi maddələrə davamiyyətli və vurulduğu metal səthin korroziyadan qorunmasını təmin etmə qabiliyyəti yüksəkdir.

Tətbiq sahəsi: Yüksək nəmlik və korroziyaya məruz qalan iri və kiçik qabaritli metal konstruksiyaların, dəmir boruların, darvazaların boyanmasında, neft-kimya zavodlarında, sənaye binalarında, təmir olunan istehsalat sahələrində antikorroziv boya kimi istifadə edilə bilər. 

Tətbiqi: Fırça və diyirçəkli fırça ilə tətbiqi zamanı boya 10-15 %-ə qədər, tapanca ilə tətbiqi zamanı 20-30 %-ə qədər Corella Sintetik Tiner ilə durulaşdırılır.

Sərfiyyat: 10-12 m²/lt qalınlıq 50 mikron olduqda.

Saxlanma müddəti: Açılmamış qablaşdırmada 5ºC÷35ºC temperaturda 3 il saxlanıla bilər. Çökmənin qarşısını almaq üçün qablar 3 aydan bir tərs olaraq çevrilməlidir.