ALÜMİNİUM BOYA

Məhsul haqqında ümumi anlayış:

Hidrokarbon qətran və alüminium piqment əsaslı bir komponentli, səthə yüksək parlaqlıq və dekorativ görünüş verən son qat boyadır. Metal səthlərdə yüksək adgeziyası ilə fərqlənən bu boya atmosfer təsirlərə, neftə və neft məhsullarına, günəş şüalarına dayanıqlıdır. Günəş şüasını əks etdirib yayaraq metal səthləri, dam örtüklərini qızmadan qoruyur. 200 - 250ºC temperatura dayanıqlıdır. Tərkibində qurğuşun, kadmium, xrom və qeyri metallar yoxdur.

Tətbiq sahəsi: Quru və dəniz obyektlərində istismar olunan iri və kiçik qabaritli metal konstruksiyaların, neft-kimya sənayesində anqarların, tankerlərin, çənlərin və boruların, körpülərin, təmir olunan istehsalat sahələrində hər cür metal məmulatların, dam örtüklərinin, elektrik dayaqlarının və s. qara, paslanmaz, sinklənmiş metal səthlərin üzərinə son qat boya kimi vurula bilər. Alüminium boyası düzgün astarlanmış səthlərin üzərinə vurularkən atmosfer təsirlərə müqavimətini, dekorativ görünüşünü və parlaqlığını uzun müddət qoruya bilir. 

Tətbiqi: Fırça və ya diyircəkli fırça ilə tətbiq zamanı boyaya hər hansı həlledici qatılmadan tətbiq edilir. 

Sərfiyyat: Tək qat səthdən asılı olaraq 15 mikron qalınlıq üçün 8-12 lt/m² sahə boyanır. 

Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər. Çökmənin qarşısını almaq üçün qablar 3 aydan bir tərs olaraq çevrilməlidir.