SİLİKONLU ASTAR
Məhsul haqqında ümumi anlayış:
Stiren-akrilik kopolimer emulsiya əsaslı, silikon qatqılı astar boyadır. Boyanın tərkibinə keyfiyyətli polisiloksanların əlavə edilməsi nəticəsində boya yüksək su buxarı keçirməzliyə və su qovuculuğa sahibdir. Boyanmış səth çatlamaz, qabarmaz, ovulub tökülməz. Divar içindəki rütubətin səthin xaricinə çıxmasını təmin edir və səthi möhkəmləndirir. Ekoloji cəhətdən ziyansız, qoxusuz, su keçirməz, kif tutmaz, sürtünməyə və nəmin ziyanlı təsirinə dayanıqlıdır.
Tətbiq sahəsi: Binaların daxili və xarici hissələrində alçı, suvaq, beton, gips və s. inşaat materiallarının üzərindən son qat sərfiyyatını azaltmaq, boyanın adgeziyasını gücləndirmək, düzgün səth yaratmaq və səthi sağlamlaşdırmaq üçün astar boya kimi tətbiq olunur.
Tətbiqi: İki qat tətbiq edilməsi tövsiyyə edilir. Hər iki qat üçün 10-15 % su ilə durulaşdırılaraq fırça, diyircəkli fırça və ya havasız püskürtmə vasitələri ilə tətbiq edilə bilər.
Sərfiyyat: Tək qat üçün səthdən asılı olaraq 100-150 qr/m² sahə boyanır.
Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər.