SUPER FASAD

Məhsul haqqında ümumi anlayış:

Stiren-akrilik kopolimer əsaslı, xarici məkanlarda istifadə edilən, dekorativ mat görünüşlü son qat boyadır. Yüksək keyfiyyətli, tez quruyan, səthə mükəmməl yapışması, sərfiyyatda yüksək qənaətliyi ilə fərqlənən boyadır. Boyanmış səth çatlamaz, qabarmaz, rəngi uzun müddət solmaz, ovalanıb tökülməz. Boya səthin nəfəs almasını və nəmin səthin xaricinə çıxmasını təmin edir. Ekoloji cəhətdən ziyansız, qoxusuz, su keçirməz, kif tutmaz, yaş silinməyə və nəmin ziyanlı təsirinə, ultrabənövşəyi şüalara dayanıqlıdır.


Tətbiq sahəsi: Binaların xarici hisslərində astarlanmış səthə tətbiq edilir.

Tətbiqiİki qat tətbiq edilməsi tövsiyyə edilir. Hər iki qat üçün 10-15 % su ilə durulaşdırılaraq fırça, diyircəkli fırça və ya havasız püskürtmə vasitələri ilə tətbiq edilə bilər.

SərfiyyatTək qat üçün səthdən asılı olaraq 125-165 qr/m² sahə boyanır. 

Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər.