AKRİLİK ASTAR

Məhsul haqqında ümumi anlayış:        
 
Stiren-akrilik kopolimer emulsiya əsaslı, daxili və xarici məkanlarda istifadə edilən mat görünüşlü astar qat boyadır. Yüksək keyfiyyətı, tez quruması, səthə mükəmməl yapışması, sərfiyyatda qənaəti ilə fərqlənən boyadır. Boyanmış səth çatlamaz, qabarmaz, səthə asanlıqla yayılıb ovulub tökülməz. Divarın içindəki rütubətin səthin xaricinə çıxmasını təmin edir və bu səbəbdən də üzərinə vurulan son qat boya üzərində ləkə yaranmır. Ekoloji cəhətdən ziyansız, qoxusuz, kif tutmaz və nəmin ziyanlı təsirinə dayanıqlıdır.

Tətbiq sahəsi: Binaların daxili və xarici hisslərində alçı, gips, suvaq, beton və s. inşaat materiallarının üzərindən son qat sərfiyyatı azaltmaq, boyanın adgeziyasını yüksəltmək, düzgün səth yaratmaq və səthi sağlamlaşdırmaq üçün astar boya kimi tətbiq olunur.


Tətbiqi: İki qat tətbiq edilməsi tövsiyyə edilir. Hər iki qat üçün 10-15 % su ilə durulaşdırılaraq fırça, diyircəkli fırça və ya havasız pükürtmə vasitələri ilə tətbiq edilə bilər.

Sərfiyyat: Tək qat üçün səthdən asılı olaraq 20-35 qr/m² sahə boyanır.

Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər.