Xəbərlər

BOYAMA PROSESİ NECƏ OLMALIDIR?

Xəbərlər

BOYAMA PROSESİ NECƏ OLMALIDIR?

paylaşılıb:

16-10-2020, 17:45


Çoxları düşünür ki, boyama, sadəcə boyanı alıb səthə bir qat çəkməkdən ibarətdir. Belə etmək olar, amma bu uzunmüddətli olmayacaq. Ona görə biz 3 mərhələli boyama prosesini təklif edirik:

• Səthin hazırlanması

• Astarın çəkilməsi
• Son qatın çəkilməsi

Səthin hazırlanması, onun vəziyyətindən asılıdır. Əgər, boyanacaq səth yaxşı vəziyyətdədirsə, hazırlıq çətin olmayacaq. Amma əgər səthin vəziyyəti ürəkaçan deyilsə, o zaman boyamadan öncə işləmək lazım gələcək. Astardan istifadə etmək vacib deyil. Bu da səthin keyfiyyətindən asılıdır.
 
Səthin boyamaya hazırlanması :
Səthin boyama üçün hazırlanması işin əsas hissəsidir. Bu, səthin boyanmasından iki dəfə çox vaxt apara bilər. Amma sonda əldə edilən uğurlu nəticə  üçün əziyyətə dəyər.
 
Səthin son qat boyamaya düzgün hazırlanması nəticəsində:
• Boya daha möhkəm yapışacaq
• Hamar və qüsursuz olacaq
• Eyni bərabərlikdə quruyacaq
• Daha uzunmüddətli olacaq
       
Səthi boyamaya hazırlamaq üçün nə etmək lazımdır ?
• Əvvəlcə, köhnə səthi qaşıyıb, təmizləmək
• Cilalamaq
• Səthin əyriliklərini macun ilə aradan qaldırmaq
• Çat və qovuşma yerlərini bağlamaq
• Səthi təmizləmək
       
Səthi cilalamaq ona görə lazımdır ki:
• Cilalı səthə boya daha yaxşı yapışır
• Qabığı çox soyulmayan səthi boyamaya hazırlamaq
• Yeni astarlanan səthdən xovları kənar etmək
• Boyamadan əvvəl qeyri-mat boya ilə səthin çatışmazlıqlarını düzəltmək
• Çəkilən zamaska ilə səthi düzləşdirmək    

ASTARIN TƏTBİQİ

Astarın çəkilməsi boyama prosesinin ikinci mərhələsidir. Astar isə səthin örtülməsinin birinci mərhələsidir. Astar səthi son qatı çəkmək üçün hazırlanır. Astar həmişə vacib deyil, amma elə hallar var ki, onun tətbiqi zəruridir.

Astarın yerinə yetirdiyi funksiyaları sadaladıqdan sonra onun nə vaxt vacib olduğu aydınlaşacaq. Beton və gipskarton kimi materiallar süngər kimi məsaməli olur və boyadakı qətranı canına çəkir. Astar səthi izolyasiya edir, nəticədə qətran sızmır və üzə çıxmır. Bu forma sərfəlidir, çünki boyanın son qatını bir neçə qat çəkməyə ehtiyac qalmır.

Adgeziyanı yaxşılaşdırır və qələviləşmədən müdafiə edir. Səthin hazırlanması prosesində son qat ötürmə astarla müqayisədə daha asan materiallardır. Onlar tez quruyaraq, bütün boyama prosesinin korlanmasının qarşısını alır.

Əhəngli səthləri bağlayır. İstənilən boyanın tərkibində əhəng olur. Ona görə əhəng səthdə bərk olmalıdır, çünki əks halda boya soyulub tökülə bilər. Astarlama boyanın səthdə bərkiməsinə kömək edən bağlayıcı materialdır.

Ağac səthi taninli (ağac materialın hasil etdiyi xüsusi maddə) ləkələrdən qoruyur. Astarlama ağac səthdə taninlərin üzə çıxmasının qarşısını alır və son qatı korlamasına imkan vermir. Və nəhayət astarlama metalın korroziyasının qarşısını alır.
 
SON QAT – BOYAMA

Son qat - boyama prosesinin yekun mərhələsidir. Bu divarda görünəcək hissədir. Ona görə son qat üçün hansı materialın seçilməsi boyanan səthdən və hər bir şəxsin tələblərindən asılıdır. Boyaların növləri çoxdur. Bu baxımdan boyanacaq səth barədə fikirləşmək lazımdır, yəni bu daxili məkana, yoxsa xarici məkana aiddir. Sonra hansı əsaslı boya tələb olunur - su əsaslı, yoxsa sintetik.

Daha sonra necə bir görünüşə nail olmaq tələb olunur - mat, yarı mat, yoxsa parlaq. Necə bir boya seçilməlidir - yüksəkkeyfiyyətli, superkeyfiyyətli, yoxsa peşəkar səviyyəli. Bütün bu tələbləri əhatə edəcək boyaları AZPOL, CORELLA BERMUDA və MUFLON markasının çeşidlərindən seçmək olar.

Yanaşmalarımız

icon

Məqsədimiz

Məqsədimiz müştərilərə maksimum keyfiyyətli məhsulu sərfəli qiymətə təklif edərək, onların məmnuniyyətinə səbəb olmaqdır.

icon

Hədəfimiz

Hədəfimiz müştəri məmnuniyyətini özünə hədəf seçən, fəaliyyətində peşəkar, texniki və etik standartları daim yüksək səviyyədə qoruyub saxlayan bir şirkət olmaqdır.

icon

Vizyonumuz

Vizyonumuz müştəri yönümlü bir yanaşma ilə Azərbaycanda və xidmət göstərdiyimiz digər ölkələrdə, lider şirkət mövqesinə çatmaqdır.

icon

Dəyərlərimiz

Dəyərlərimiz işgüzar dürüstlük və etika üzrə ən yüksək standartlara riayət etməkdir.