Boyanın performans göstəricisi örtdüyü sahə və örtücülük xüsusiyyətləri ilə müəyyən olunur. Boya alarkən diqqət yetirməli olduğunuz məqam boyanın örtdüyü əsas xüsusiyyəti m² olmağıdır. Boyanı bir qat vurarkən örtdüyü sahə nə qədər yüksəkdirsə, istifadə ediləcək olan boya miqdarı da o nisbətdə aşağı olacaq.
Boya çəkildikdən sonra boyanan səthin performans göstəriciləri sərtlik, elastiklik zərbə, aşınma müqaviməti, yapışma qabiliyyəti və atmosfer dəyişikliklərinə fikir verilir.
Təmir zamanı boyama lazım olan yerlər fasad və interyer olduğu üçün bu boyaların da xüsusiyyətlərinə diqqət yetirmək məsləhətdir.
Fasad boyaları mükəmməl yayılma, örtücülük və istifadə rahatlığına malikdir. Tətbiq edildikləri səthə mükəmməl yapışır və dəyişkən hava şəraitinin mənfi təsirlərinə qarşı son dərəcə dözümlüdür. Mikro hava kanalları binaların nəfəs almasını təmin edir.
Fasad boyaları silikon və akril bağlayıcılar əsasında hazırlanır. Bu boyalar beton, kərpicdən olan xarici səthlərə, həmçinin suvaqlı səthlərə tətbiq olunur. Fasad boyaları üçün əsas tələb olunan amil xarici mexanik təsirlərə, çirklənməyə, ultrabənövşəyi şüalara və atmosfer təsirlərinə qarşı möhkəm olmağıdır. Akril əsaslı fasad boyalarını həm yeni, həm də köhnə səthlərə tətbiq etmək olar. Amma köhnə və boyalı səthlərdə istifadə zamanı boyanacaq səth çirkdən və köhnəlmiş boya qalıqlarından təmizlənməlidir.
Akril əsaslı fasad boyalarının əsas üstünlükləri elastikliyi, davamlılığı, hava keçirməzliyi, suya davamlılığı, qələvi təsirə, sürtünməyə qarşı davamlılığı və ekoloji cəhətdən təmiz olmasıdır. Akril əsaslı boyalar asan yuyulur və səthə mükəmməl yapışır. Gözəl görünüşə nail olmaq üçün tekstur fasad boyalarından istifadə etmək olar. Bu boyalar səthin natamamlığı və qüsurlarını məharətlə örtür. Tərkibindəki piqmentlər sayəsində müxtəlif rəng çalarına malik tekstur fasad boyaları səthi effektiv və original edir.
Daha müasir sayılan silikonlu fasad boyaları isə buxar keçirmə qabiliyyətinə malikdir. Həmçinin bu boyaların tərkibi rütubətin səthi yaş etməsinə imkan vermir. Akril polimerlərindən fərqli olaraq, silikon qətranları termoplastik olmadığı üçün temperaturun yüksəlməsindən yumşalmırlar. Su itələyici keyfiyyəti bu boya ilə rənglənən səthin çirklənməsinə imkan vermir. Yüksək elastikliyə malik bu boyalar səthdəki eni 2mm-ə dək olan çatları örtə bilir, həmçinin mikroorqanizmlərin inkişafına yol vermir, ona görə bu boyalardan istifadə zamanı hansısa əlavələrə ehtiyac yoxdur.
Məqsədimiz müştərilərə maksimum keyfiyyətli məhsulu sərfəli qiymətə təklif edərək, onların məmnuniyyətinə səbəb olmaqdır.
Hədəfimiz müştəri məmnuniyyətini özünə hədəf seçən, fəaliyyətində peşəkar, texniki və etik standartları daim yüksək səviyyədə qoruyub saxlayan bir şirkət olmaqdır.
Vizyonumuz müştəri yönümlü bir yanaşma ilə Azərbaycanda və xidmət göstərdiyimiz digər ölkələrdə, lider şirkət mövqesinə çatmaqdır.
Dəyərlərimiz işgüzar dürüstlük və etika üzrə ən yüksək standartlara riayət etməkdir.