Divarları hər nə qədər sağlam, bahalı materiallardan istifadə edərək təmir etsək də, bəzən, qarşıya müəyyən problemli məsələlər çıxır. Çünki, əziyyət çəkərək vaxt, pul və əsəb sərf edərək təmir etdiyimiz məkanlar bir anda yararsız hala düşür. Qarşılaşdığımız belə problemlərdən biri də duzlaşmadır.
Divarların duzlaşma əmələ gətirməsinin bəzi səbəbləri var, bunlardan biri isə havadır. Əgər təmir zamanı hava şəraiti dəyişkəndirsə və soyuq şəraitində dəyişikliklər edilərsə, bu suvağın quruma müddətini uzadır. Zamanla qurumamış, yaş suvağın tərkibindəki su buxarlanmağa başladıqda artıq gec olur və o boyanın altından duzlaşmış halda xaric olur. Bunun üçün təmir zamanı istifadə etdiyimiz materialların xüsusiyyətini bilmək və hər məhsula uyğun təlimatları diqqətlə nəzərdən keçirmək lazımdır. Alt təbəqə sement əsaslıdırsa onun kürlənmə vaxtının bitməsini gözləmək lazımdır (bu müddət 28 gündə qədər ola bilər). Əhəng əsaslı astar vurulduqda isə diqqət etmək lazımdır ki, su ilə təmasda olarkən asan parçalanan əhəng olmasın.
Duzlaşma yaradan digər bir amil isə, tam qurumamış boya filminin üzərinə gələn yağışdır. Çöl şəraitində çalışdıqda, xüsusən boya tətbiqatı zamanı hava şəraitinə diqqət yetirmək lazımdır. Boya qətiyyən yağış altında tətbiq edilməməlidir. Məsləhət görülür ki, boyanın quruma müddətinə görə hava proqnozuna da nəzər yetirəsiniz. Yağış gözləndiyi halda bütün işləri təxirə salmaq lazımdır. Həmçinin, boyama işi görərkən boşluqların qalmaması üçün diqqət yetirin. Əgər hər hansı bir ərazi boyanmadan boş qalarsa, həmin əraziyə düşən su yavaş-yavaş duzlanmanı sürətləndirəcək.
Çalışmaq lazımdır ki, hər bir səthə uyğun olan öz astarı tətbiq edilsin. Həmçinin bu astar boyanın da xüsusiyyətləri ilə uyğun gəlməlidir. Duzlaşmanı sürətləndirən amillərdən digəri də boyanın həddindən artıq incəldilməsi və incə təbəqə olaraq tətbiq edilməsidir. Unutmaq lazım deyil ki, hər boyanın özünə uyğun təlimatı, tətbiq edilmə qaydası, tinerlə və ya su ilə qarışım nisbəti vardır.
Divarları astarlama etməzdən əvvəl isə su gəlmə və duzlaşma ehtimalı olan əraziləri AZPOL İZOPOLEX su izolyasiya məhsulu ilə təmir etmək lazımdır. Yalnız bu halda siz ideal və uzunömürlü təmir edərək büdcənizə də qənaət etmiş olacaqsınız. Qafqazın ən böyük və ən təcrübəli boya istehsalçısı olan “NB GROUP” ASC - nin boyalarından istifadə edərək belə hallarla rastlaşmayacaqsınız.
Məqsədimiz müştərilərə maksimum keyfiyyətli məhsulu sərfəli qiymətə təklif edərək, onların məmnuniyyətinə səbəb olmaqdır.
Hədəfimiz müştəri məmnuniyyətini özünə hədəf seçən, fəaliyyətində peşəkar, texniki və etik standartları daim yüksək səviyyədə qoruyub saxlayan bir şirkət olmaqdır.
Vizyonumuz müştəri yönümlü bir yanaşma ilə Azərbaycanda və xidmət göstərdiyimiz digər ölkələrdə, lider şirkət mövqesinə çatmaqdır.
Dəyərlərimiz işgüzar dürüstlük və etika üzrə ən yüksək standartlara riayət etməkdir.