Məhsul haqqında ümumi anlayış:
Stiren-akrilik emulsiya əsaslı daxili və xarici məkanlarda istifadə edilən şəffaf astardır. Boya ilə səth arasında körpü yaradaraq boyanın səthə yapışmasını maksimum səviyyəyə çatdırır, tətbiq edildiyi səthin əmiciliyini azaldaraq son qat boyanın sərfiyyatını minumuma endirir. Tətbiq edilən son qat boyanın səthə çöküb erkən qurumasının qarşısını alır ki, bu da boyada yarana bilən rəng dalğalanmasının qarşısını alır.
Tətbiq sahəsi: Daxili və xarici məkanlarda hər cür alçı, briket, suvaq, beton, emulsiya, boyalı köhnə səthlər, əhənglə boyanmış səthlər və çox tozlanan səthlərə inşaat materialları üzərində rahatlıqla istifadə edilə bilər. Yüksək nəmlik olan hamam, tualet, mətbəx və bütün qapalı məkanlarda səthə çox əla nüfuz edir və sağlam bir örtük yaradır.
Tətbiqi: Corella Binder səthə 1 qat vurulur. Binder istifadə edilmədən əvvəl yaxşı qarışdırılmalıdır və 5-6 misli su ilə durulaşdırılaraq fırça və ya diyircəkli fırça ilə səthə tətbiq edilir.
Sərfiyyat: Tək qat üçün səthdən asılı olaraq 20-35 qr/m² sahə boyanır.
Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər.