SELLÜLOZİK DOLĞU LAKI

Məhsul haqqında ümumi anlayış:  

Yüksək  keyfiyyətli nitrosellüloz və alkid əsaslı, bir komponentli lakdır. Son qat laklara daha hamar və parlaq görünüş verməsi üçün və taxtada olan qüsurları aradan qaldırmaq üçün tətbiq edilir. Tez quruyur və asan sumbatalanır.

Tətbiq sahəsi: Corella Sellülozik Dolğu Lakı hər cür taxta və parket üzərində boya və lakdan öncə dolğu olaraq tətbiq edilir. Ehtiyac olduqda iki və ya üç qat vurularaq istifadə oluna bilər. Sumbata kağızı ilə işlər bitdikdən sonra səthin üzəri tam tozdan təmizlənərək son qat üçün təyin olunmuş laklar çəkilməlidir. 

TətbiqiFırça, diyircəkli fırça və havasız və ya konveksiyalı püskürtmə ilə ən az 2 qat olaraq tətbiq edilir. Tətbiq metodundan asılı olaraq 4-5 % nisbətdə Corella Sellülozik Tiner ilə durulaşdırılmalıdır.

SərfiyyatTək qat üçün səthdən asılı olaraq 10-12 m²/lt sahə boyanır.
                        

Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər.