TAXTA QORUYUCU LAK

Məhsul haqqında ümumi anlayış:

Uzun yağlı alkid bağlayıcı əsaslı, antiseptik əlavəli, bir komponentli, taxtanın qurtlamasının qarşısını alan, şəffaf, parlaq son qat lakdır. Tez quruyur və elastikdir, səthə yaxşı yayılır və möhkəm yapışır. Dolğu ilə astarlanmış səthlərin üzərinə vurularkən sürtünməyə müqavimətini, dekorativ görünüşünü və parlaqlığını uzun müddət qoruya bilir. Hava şəraitinə, günəş işığına, suya, rütubətə qarşı dayanıqlıdır. 

Tətbiq sahəsi: Qorunması və ağacın təbii görünüşünü pozmadan rənglə dekor edilməsi tələb olunan hər növ taxtadan istehsal edilmiş müxtəlif çeşidli qapı, pəncərə çərçivələri, bağ və baxça mebelləri, taxta hasarlar və dəniz nəqliyyat vasitələrinin taxta hissələrinin üzərinə dekorativ və qoruyucu örtük olaraq istifadə edilə bilər. Taxta qoruyucu daxili və xarici məkanlar üçün nəzərdə tutulub. 

TətbiqiFırça, diyircəkli fırça və havasız püskürtmə ilə 2-3 qat tətbiq edilir. Tətbiq zamanı 10-15 % nisbətdə Corella Sintetik Tiner ilə durulaşdırılmalıdır. 

SərfiyyatTək qat üçün səthdən asılı olaraq 12-16 m²/lt sahə boyanır.

Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər. Çökmənin qarşısını almaq üçün qablar 3 aydan bir tərs olaraq çevrilməlidir.