PARKET LAKI

Məhsul haqqında ümumi anlayış:

Uretan-alkid əsaslı, antiseptik əlavəli, bir komponentli, səthə dekorativ görünüş verən parlaq parket lakıdır. Şəffafdır, taxtanın təbii rəngini dəyişmir. Tez quruyur, səthə yaxşı yayılır və möhkəm yapışır. Corella sellülozik dolğu ilə astarlanmış səthlərin üzərinə vurulduqda zərbəyə, cızılmaya və sürtünməyə müqaviməti daha yüksəkdir. Təmizləyici vasitələrə, göbələyə, ziyanverici həşəratlara və qurdlanmaya qarşı dayanıqlıdır.

Tətbiq sahəsi: Daxili məkanlarda qorunması tələb olunan hər cür taxta məmulatların və müxtəlif çeşidli parketlərin üzərinə dekorativ və qoruyucu örtük olaraq istifadə edilə bilər.  

TətbiqiFırça, diyircəkli fırça və ya havasız püskürtmə ilə 2-3 qat tətbiq edilir. Tətbiq zamanı 4-5 % nisbətdə Corella Sintetik Tiner ilə durulaşdırılmalıdır.

SərfiyyatTək qat üçün səthdən asılı olaraq 12-16 m²/lt sahə boyanır. 

Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər. Çökmənin qarşısını almaq üçün qablar 3 aydan bir tərs olaraq çevrilməlidir.