TRAVERTİN

Məhsul haqqında ümumi məlumat:

Corella Travertin akrilik kopolimer əsaslı, su ilə duruldulan, yüksək örtücülük gücünə malik, beton alçı və suvaqlanmış səthər üçün tətbiq edilə bilən dekorativ divar örtüyüdür. Daxili və xarici məkanlar  üçün hazırlanmış məhsul, aşınmağa və hava dəyişiklərinə qarşı dözümlüdür. Xüsusi tərkibi sayəsində səthin nəfəs almasını təmin edərək divarları nəmə qarşı qoruyur. Corella Travertinin üstünlükləri zaman içərisində xarici görünüşünü dəyişmədən olduğu kimi qalmasıdır. Corella Travertin zərif və ipək təsir bağışladığı üçün daxili divarlarda, xüsusi otaqlarda, foyelər, pilləkən boşluqları və dəhliz kimi yerlərdə istifadə olunur.

Səth Hazırlığı: Tətbiq ediləcək səth quru və təmiz olmalıdır və köhnə boyalı səthlər təmizlənməlidir. Əgər səthdə əyriliklər varsa düzəlməlidir. Daha sonra səth Сorella Deco Astar ilə astarlanmalıdır.

Sərfiyyat: 1m2 -2kq (20kq -9-11m2) vurulan qalınlıqdan və dekorativ effektdən asılı olaraq dəyişə bilər.

Saxlanma müddəti: Birbaşa günəş işığından uzaq, havanın temperaturu 5-40°C–lik olaraq açılmamış orijinal qablaşdırmada 3 il ərzində saxlana bilər.