MAT PARKET LAKI

Məhsul haqqında ümumi anlayış:

Uretan-alkid əsaslı, antiseptik əlavəli, bir komponentli, səthə dekorativ görünüş verən, mat parket lakıdır. Şəffafdır, taxtanın təbii rəngini dəyişmir. Tez quruyur, səthə yaxşı yayılır və möhkəm yapışır. Dolğu ilə astarlanmış səthlərin üzərinə vurulduqda zərbəyə, cızılmaya və sürtünməyə müqaviməti daha yüksək olur. Təmizləyici vasitələrə, göbələyə, ziyan verici həşəratlara qarşı dayanıqlıdır.

Tətbiq Sahələri: Daxili məkanlarda hər cür taxta məmulatlarının və müxtəlif çeşidli parketlərin üzərinə qoruyucu və dekorativ örtük olaraq tətbiq edilir.

Sərfiyyat: Tək qat üçün səthdən asılı olaraq 12-16 m2/lt sahə boyanır.

Saxlanması: Açılmamış qablaşdırmada, 5°C-35°C tempraturda 3 il saxlanıla bilər.