Xarici və daxili məkanlar üçün nəzərdə tutulan stirol-akril emulsiyası əsasında yüksəkkeyfiyyətli universal ipək -mat boyadır. Bütün səthlərdə yüksək yapışma qabiliyyəti, etibarlı, uzunömürlü ətraf mühit təsirinə qarşı davamlı örtüyü təminedir, hamar və xırda fakturalı səthləri örtür. Aqressiv mühitin təsirinə qarşı davamlıdır, göbələyin əmələ gəlməsi və səthin yosunlarla zədələnməsinəyol vermir. Boyama zamanı yüksək işıq əksetdirici xassələrlə aşınmaya davamlı örtük əmələ gətirir.
Tətbiq sahələri: Boya su keçirməyən, mükəmməl örtücülük və yapışma qabiliyyətinə malik son qat üçün silikon tərkibli örtük kimi, həddən artıq nəmlik və buxarlanmaya məruz qalan iri və kiçik qabaritli sənaye və məişət binaları, həmçinin təmir olunan istehsalat sahələrində, gips, suvaq, beton və istənilən növdigərtikinti materiallarında daxili və xarici səthlər üçün uyğundur.
Sərfiyyat: Tək qat üçün səthdən asılı olaraq 110-160 qr/m2sahə boyanır.
Saxlama müddəti: 5°C-35°C temperaturda, orijinal qablaşdırmada-minimum 2 il.