Məhsul haqqında ümumi anlayış: Stiren-akrilik emulsiya əsaslı xarici məkanlarda istifadə edilən yüksək parlaqlığa malik dekorativ görünüşlü son qat boyadır.Tətbiq edildiyi səthlərə yüksək yapışma, örtmə və nəfəs alma xüsusiyyəti ilə fərqlənir. Divarın içindəki rütubətin səthin üzərinə çıxmasını saxlar, bu səbəbdən səthdə ləkə verməz. Sürtünməyə, zərbəyə, atmosfer təsirlərə və UV şualara dayanıqlıdır, səthi mükəmməl qoruyur. Corella Özəl parlaq fasadla boyanmış səthlər çatlamaz, qabarmaz, rəngi uzun müddət solmaz , səthə asanlıqla yayilar ovalanıb tökülməz və ələ çıxmaz. Ekonomik və ziyansızdır.
Tətbiq sahəsi: İri və kiçik qabaritli sənaye və məişət binaların boyanmasında, təmir olunan istehsalat sahələrində son qat boya kimi istifadə edilə bilər.Hər cür tipli alçı, siva, beton, xüsusiyyətlərini itirmiş,kirlənmiş, solmuş köhnə səthlərdə və sairə inşaat materiallarının üzərində dekorativ məqsədli və qoruyucu xarici məkan boyası kimi rahatlıqla istifadə edilə bilər.
Sərfiyyat: Tək qat üçün səthdən asılı olaraq 100-125 qr/m² sahə boyanır.
Saxlanma müddəti: Açılmamış qablaşdırmada, 5°C÷35°C temperaturda 3 il saxlanıla bilər.