RAPİD ASTAR

Məhsul haqqında ümumi anlayış:

Rapid-alkid əsaslı və antikorroziv qatqılar əlavə edilmiş yüksək performanslı və tez qurumaya malik olan astar qat sənaye boyasıdır. Rapid Astar boya astar, ara və son qat mat boya kimi də istifadə oluna bilər. Səthə mükəmməl yapışır və elastikdir. Kimyəvi maddələrə davamiyyətlidir və vurulduğu metal səthin korroziyadan qorunmasını təmin etmək qabiliyyəti yüksəkdir.

Tətbiq sahəsi: Yüksək nəmə və korroziyaya məruz qalan iri və kiçik qabaritli metal konstruksiyalarda, dəmir boruların boyanmasında, neft-kimya zavodlarında, sənaye binalarında, təmir olunan istehsalat sahələrində antikorroziv boya kimi istifadə edilə bilər. 

Saxlanma müddəti: Açılmamış qablaşdırmada 200C-250C temperaturda 1 il saxlanıla bilər. Çökmənin qarşısını almaq üçün qablar 3 aydan bir tərs olaraq çevrilməlidir.