SELLÜLOZİK BOYA

Məhsul haqqında ümumi anlayış:    

Yüksək keyfiyyətli nitro-sellüloz və özəl alkid əsaslı, bir komponentli, səthə parlaq və dekorativ görünüş verən, örtücülüyü yüksək son qat boyadır. Tez quruyur, sürtünməyə, zərbəyə və cızılmaya dayanıqlıdır.

Tətbiq sahəsi: Daxili və xarici məkanlarda hər cür taxta məmulatları, mebel, reklam sahələrində, metalların üzərində, təsərrüfat maşın və mexanizmlərinin rənglənməsində  son qat boya olaraq  istifadə edilir. 

Tətbiqi10-15 % miqdarında Corella Sellülozik Tiner ilə durulaşdırılaraq ən azı 2 qat tətbiq edilməlidir. Havalı və havasız püskürtmə ilə tətbiq edilir.

Sərfiyyat: Tək qat üçün səthdən asılı olaraq 10-12 m²/lt sahə boyanır. 

Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər.