SUPER MAT

Məhsul haqqında ümumi anlayış:

Alkid bağlayıcı əsaslı, bir komponentli yüksək mat görünüşlü son qat boyadır. Örtücülüyü, tez quruması, fırça ilə çəkilə bilməsi, parlaqlığı, uzun müddət rəngini qoruması, fiziki və kimyəvi təsirlərə dayanıqlılığı ilə fərqlənir.  

Tətbiq sahələri: Yeni tikimiş iri və kiçik qabaritli metal konstruksiyalarda, quru və dəniz obyeklərində, nəqliyyat vasitələrində, kənd təsərrüfatı maşın və mexanizmlərində, neft-kimya zavodlarında, sənaye və məişət binalarında, təmir olunan istehsalat sahələrində, hər cür taxta məmulatlarında son qat boya kimi istifadə edilir. Sintetik super mat boya, düzgün astarlanmış səthlərin üzərinə vurularkən sürtünməyə müqavimətini, dekorativ görünüşünü və parlaqlığını uzun müddət qoruya bilir.  

Tətbiqi: Fırça və diyircəkli fırça ilə tətbiqi zamanı boya 10-15 %-ə qədər, tapanca ilə tətbiqi zamanı 15- 20 %-ə qədər Corella Sintetik Tiner ilə durulaşdırılaraq tətbiq olunmalıdır.

Sərfiyyat: Tək qat səthdən asılı olaraq 50 mikron qalınlıq üçün 12-16 lt/m² sahə boyanır. 

Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər. Çökmənin qarşısını almaq üçün qablar 3 aydan bir tərs olaraq çevrilməlidir.