SİNTETİK LÜKS PARLAQ
Məhsul haqqında ümumi anlayış:
Alkid bağlayıcı əsaslı bir komponentli yüksək parlaqlığa malik son qat boyadır. Örtücülüyü, tez quruması, fırça ilə çəkilə bilməsi, parlaqlığı, uzun müddət rəngini qoruması, fiziki və kimyəvi təsirlərə dayanıqlılığı ilə fərqlənir.
Tətbiq sahəsi: Yeni tikilmiş iri və kiçik qabaritli metal konstruksiyalarda, quru və dəniz obyeklərində, nəqliyyat vasitələrində, kənd təsərrüfatı maşın və mexanizmlərində, neft-kimya zavodlarında, sənaye və məişət binalarında, təmir olunan istehsalat sahələrində, hər cür taxta məmulatlarında son qat boya kimi istifadə edilir. Sintetik lüks parlaq boya, düzgün astarlanmış səthlərin üzərinə vurularkən sürtünməyə müqavimətini, dekorativ görkəmini və parlaqlığını uzun müddət qoruya bilir.
Tətbiqi: Fırça və ya diyircəkli fırça ilə tətbiqi zamanı boya 10-15 %-ə qədər, tapanca ilə tətbiqi zamanı 15-20 %-ə qədər Corella Sintetik Tiner ilə durulaşdırılaraq tətbiq olunmalıdır.
Sərfiyyat: Tək qat səthdən asılı olaraq 50 mikron qalınlıq üçün 15-20 m²/lt sahə boyanır.
Saxlanma müddəti: Açılmamış qablaşdırmada 5ºC÷35ºC temperaturda 3 il saxlanıla bilər. Çökmənin qarşısını almaq üçün qablar 3 aydan bir tərs olaraq çevrilməlidir.