SİNTETİK DÖŞƏMƏ

Məhsul haqqında ümumi anlayış:
Pentaftal alkid əsaslı bir komponentli son qat boya olaraq, yüksək parlaqlığa və dekorativ görünüşə malikdir. Səthə mükəmməl yapışır, örtmə gücü yüksəkdir, elastikdir, su ilə yuyula bilən, ultra-violet şüalara dayanıqlı boyadır.

Tətbiq sahəsi: Xüsusi ilə yer döşəmələrində hər cür taxta məmulatları üzərində son qat boya kimi istifadə edilir. Ayrıca daxili və xarici məkanlarda istifadə edilən taxta əşyalarda rahatlıqla istifadə edilə bilər. Sintetik son qat döşəmə boyası, düzgün astarlanmış səthlərin üzərinə vurularkən sürtünmə müqavimətini, dekorativ görünüşünü və parlaqlığını uzun müddət qoruya bilir. 

TətbiqiFırça və diyirçəkli fırça ilə tətbiqi zamanı boya 10-15 %-ə qədər, tapanca ilə tətbiqi zamanı 20-30 %-ə qədər Corella Sintetik Tiner ilə durulaşdırılır və birgə qarışdırıldıqdan sonra aşağıda göstərlən rəngləmə qaydalarına əməl olunaraq tətbiq edilməlidir.


Sərfiyyat: Tək qat səthdən asılı olaraq 50 mikron qalınlıq üçün 0.140-0.180 lt/m² sahə boyanır. 

Saxlanma müddəti: Açılmamış qablaşdırmada, 5°C÷35°C tempraturda 3 il saxlanıla bilər. Çökmənin qarşısını almaq üçün, qablar 3 aydan bir tərs olaraq çevrilməlidir.