SİNTETİK PARLAQ
Məhsul haqqında ümumi anlayış:
Alkid bağlayıcı əsaslı, bir komponentli son qat boyadır. Örtücülüyü, tez quruması, fırça ilə çəkilə bilməsi, parlaqlığı, uzun müddət rəngini qoruması, fiziki və kimyəvi təsirlərə dayanıqlılığı ilə fərqlənir.
Tətbiq sahəsi: Binaların daxili və xarici hissələrində, mebellərdə, kənd təsərrüfatı vasitələrində, quru və dəniz nəqliyyat vasitələrində hər cür taxta və metal səthlərdə son qat boya kimi tətbiq edilir.
Tətbiqi: Fırça və diyircəkli fırça ilə tətbiqi zamanı boya 10-15%-i qədər, tapanca ilə tətbiqi zamanı 15-20%-i qədər Corella Sintetik Tiner ilə durulaşdırılaraq tətbiq olunmalıdır.
Sərfiyyat: Tək qat səthdən asılı olaraq 50 mikron qalınlıq üçün 0.140-0.180 lt/m² sahə boyanır.
Saxlanma müddəti: Açılmamış qablaşdırmada 5ºC÷35ºC temperaturda 3 il saxlanıla bilər. Çökmənin qarşısını almaq üçün, qablar 3 aydan bir tərs olaraq çevrilməlidir.