SİNTETİK LÜKS DÖŞƏMƏ
Məhsul haqqında ümumi anlayış:
Alkid bağlayıcı əsaslı, bir komponentli, səthə parlaq və dekorativ görünüş verən son qat boyadır. Örtücülüyü, uzun müddət rəngini qoruması, su ilə yuyula bilməsi, fiziki və kimyəvi təsirlərə dayanıqlılığı ilə fərqlənir.
Tətbiq sahələri: Xüsusi ilə yer döşəmələrində hər cür taxta materiallarının boyanmasında istifadə olunur. Daxili səthlərdə məmulatların və metalların boyanması üçün son qat boya kimi istifadə edilir.
Tətbiqi: Fırça və ya diyircəkli fırça ilə tətbiqi zamanı boya 10-15 %-ə qədər, tapanca ilə tətbiqi zamanı 15-20 %-ə qədər Corella Sintetik Tiner ilə durulaşdırıldıqdan sonra tətbiq olunmalıdır.
Sərfiyyat: Tək qat üçün səthdən asılı olaraq 50 mikron qalınlıq üçün 14-18 m²/lt sahə boyanır.
Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər. Çökmənin qarşısını almaq üçün qablar 3 aydan bir tərs olaraq çevrilməlidir.