TAVAN PLASTİK
Məhsul haqqında:
Akrilik kopolimer emulsiya əsaslı daxili məkanlarda istifadə edilən, səthə dekorativ mat görünüş verən, tavan boyasıdır. Yüksək keyfiyyətli, tez quruyan, səthə mükəmməl yapışması, sərfiyyatda yüksək qənaətliyi ilə fərqlənən boyadır. Boyanmış səth çatlamaz, qabarmaz, rəngi uzun müddət solmaz, ovalanıb tökülməz. Boya səthin nəfəs almasını və nəmin xaricə çıxmasını təmin edir. Ekoloji cəhətdən ziyansız, qoxusuz, su keçirməz, kif tutmaz, sürtünməyə, yuyulmağa, nəmin ziyanlı təsirinə dayanıqlıdır.
Tətbiq sahələri: Binaların daxili hisslərində tavan səthlərin boyanması üçün tətbiq edilir.
Tətbiqi: İki qat tətbiq edilməsi tövsiyyə edilir. Hər iki qat üçün 10-15 % su ilə durulaşdırılaraq fırça, diyircəkli fırça və ya havasız püskürtmə vasitələri ilə tətbiq edilə bilər.
Sərfiyyat: Tək qat üçün səthdən asılı olaraq 225-275 qr/m² sahə boyanır.
Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər.