SUPER PLUS

Məhsul haqqında ümumi anlayış:

Stiren-akrilik kopolimer emulsiya əsaslı, yüksək keyfiyyətli, daxili məkanlarda istifadə edilən, dekorativ mat görünüşlü son qat bo­ya­sıdır. Yüksək keyfiyyəti, tez quruması, mükəmməl yapışması, sər­fiy­yatda qə­naəti ilə fərqlənən boyadır. Boyanmış səth çatlamaz, qa­bar­maz, ovulub tö­kül­məz. Boya səthin nəfəs almasını və nə­min xaricə çıxmasını təmin edir. Bu səbəblə səthin üzə­ri daima quru qalır. Ekoloji cəhətdən ziyansız, qoxusuz, su keçirməz, kif tutmaz, sürtünməyə, yuyulmağa, nəmin zi­yan­lı təsirinə və ultrabənövşəyi şüalara dayanıqlıdır. 


Tətbiq sahələri: İri və kiçik qabaritli sənaye və məişət binalarında, təmir olunan istehsalat sahələrində yüksək örtücülüyə və yapışmaya sahib divar boyası kimi istifadə edilə bilər. Daxili məkanlarda hər cür alçı, sıva, beton və s. inşaat materiallarının üzərində rahatlıqla istifadə edilə bilər. 


Tətbiqi: İki qat tətbiq edilməsi tövsiyyə edilir. Hər iki qat üçün 10-15 % su ilə durulaşdırılaraq fırça, diyircəkli fırça və ya havasız püskürtmə vasitələri ilə tətbiq edilə bilər.

SərfiyyatTək qat üçün səthdən asılı olaraq 125-165 qr/m² sahə boyanır. 

Saxlanma müddəti: Açılmamış qablaşdırmada 50C÷350C temperaturda 3 il saxlanıla bilər.